Çağırışçılara işgəncə verən hərbi komissarlıq əməkdaşları işdən çıxarıldı

14 Oktyabr 2023 08:55

Ukrayna məhkəməsi Ternopol şəhər hərbi komissarlığının 2 əməkdaşı ilə bağlı qərar verib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, hər 2 şəxs barədə gecə ev dustaqlığı qərarı verilib. Onlar həmçinin vəzifədən azad edilib. 

Qeyd edək ki, ötən ay Ternopol hərbi komissarlığında hərbi xidmətə getmək istəməyən 2 nəfərin döyülməəsi və qanunsuz olaraq azadlıqdan məhrum edilməsini əks etdirən video yayılıb.

Milli.Az