ABŞ-dan İsrailə: Əməliyyatı təxirə sal!

14 Oktyabr 2023 06:30

ABŞ hakimiyyəti İsraildən Qəzza zolağında quru əməliyyatının başlamasını mülki şəxslər üçün təhlükəsiz dəhliz yaradılana qədər təxirə salmağı xahiş edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Foks Nyus" məlumat yayıb.

İsrail tərəfinin bu tələbi təmin edib-etmədiyi məlum deyil.

Milli.Az