İsrailin Aşdod və Aşkelon şəhərlərində yenidən hava həyəcanı siqnalı verilib.
Milli.Az axar.az-a istinadən bildirir ki, həyəcan siqnalı Aşkelonda azı 10 dəqiq davam edib. Aşdodda isə yerli vaxtla saat 21:00-dan sonra 3 dəfə bir neçə dəqiqə verilib.
Bundan əlavə, xəbərdarlıq Zikim və Kissufim kibbutslarında da elan edilib.
Milli.Az