Bişkekdə müvazinətini itirən Lukaşenko görün nə dedi

13 Oktyabr 2023 23:06

Qırğızıstanın paytaxtında keçirilənMüstəqil Dövlətlər Birliyinin sammitində Belarus prezidenti Aleksandr Lukaşenko ilə bağlı xoşagəlməz insident yaşanıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Pul First" Telegram kanalı məlumat yayıb. Bildirilir ki, pilləkənlərdə Belarus lideri naməlum səbəbdən bir anlıq müvazinətini itirib, lakin yıxılmayıb.

Daha sonra jurnalistlər Lukaşenkodan baş verənləri izah etməyi və hadisəyə münasibət bildirməyi xahiş ediblər. Buna cavab olaraq siyasətçi qısa bir ifadə işlədib: "Görməyəcəksiniz".

Milli.Az