"Hizbullah" açıqladı: İsrailə zərbələr endirdik!

13 Oktyabr 2023 21:04

"Hizbullah" qruplaşması Livanın cənub bölgələrindəki yaşayış məntəqələrinə hücuma cavab olaraq İsrailin mövqelərinə zərbələr endirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə qruplaşmanın yaydığı məlumatda deyilir.

Qeyd edək ki, bundan öncə İsrail-Livan sərhədində atışmanın başlaması ilə bağlı məlumat yayılıb.

Milli.Az