Xumar Qədimova məşhur mahnıya yeni nəfəs verdi - VİDEO

13 Oktyabr 2023 21:13

Əməkdar artist Xumar Qədimova yeni mahnısını və ona çəkdirdiyi klipi təqdim edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətkar Azer Bülbülün "Unutamam asla seni" adlı türk mahnısına yeni nəfəs verib.

"Bu cür mahnılara zaman-zaman müraciət edirəm. Bu mahnını da çox sevirəm və nəhayət oxudum", - Qədimova deyib. 

Qeyd edək ki, mahnının sözləri Engin Ülkerə, musiqisi İhsan Noyana məxsusdur.

Milli.Az