İsrail ordusu Qəzza zolağına daxil oldu

13 Oktyabr 2023 20:42

İsrail ordusu HƏMAS silahlılarını zərərsizləşdirmək üçün Qəzza zolağına daxil olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağına daxil olan hərbçilər həmçinin HƏMAS-ın əsir və girov götürdüyü israillilərin axtarışına kömək edə biləcək maddi sübutlar da tapıb.

Milli.Az