İsraillə Livan arasında atışma başladı

13 Oktyabr 2023 20:09

İsrailin şimalındakı Hanita kibbutzunda partlayış baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.

Partlayışın Livan ərazisində atılan raket zərbələri ilə əlaqədar olduğu istisna edilmir.

Hazırda İsrail ordusu cavab tədbirləri görür.

Milli.Az