Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb - FOTO

13 Oktyabr 2023 17:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri oktyabrın 13-də başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bişkek şəhərinin "Manas" Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini rəsmi şəxslər yola saldılar.

Milli.Az