Peskov Vardanyanın taleyindən danışdı

13 Oktyabr 2023 17:20

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ruben Vardanyanın taleyini müzakirə etməyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Rusiya və Azərbaycan liderləri görüşün açıq hissəsində Vardanyan ətrafındakı vəziyyəti müzakirə etməyiblər", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, separatçıların sabiq "dövlət naziri" Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmə qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Milli.Az