Plastik əməliyyat daha bir can aldı - FOTO

13 Oktyabr 2023 17:32

İrlandiyalı qadın İstanbulda yanaq və qol gərdirmə əməliyyatından 6 gün sonra vəfat edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbuldakı özəl xəstəxanalardan birində yanaq və qol gərdirmə əməliyyatı keçirən İrlandiya vətəndaşı Annetta Barbara Rohderin əməliyyatdan 6 gün sonra qaldığı oteldə halı pisləşib.

Rohder aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Hadisədən sonra əməliyyatı həyata keçirən həkim və xəstəxanaya qarşı istintaq başladılıb.

Fidan
Milli.Az