Baqlanda dəhşətli partlayış: 17 ölü, 20 yaralı

13 Oktyabr 2023 17:37

Əfqanıstanın Baqlan əyalətinin Puli Xumri şəhərində məscidin yaxınlığında partlayış baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, hadisə zamanı azı 17 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Partlayışın səbəbi hələlik məlum deyil.

Milli.Az