AB liderləri İsrailə getdilər

13 Oktyabr 2023 20:20

Avropa Birliyi Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Parlamentinin sədri Roberta Metsola HƏMAS-ın hücumundan sonra həmrəylik ifadə etmək üçün bu gün İsrailə səfər ediblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

"Biz İsrailin nəsillər boyu yaşadığı ən dəhşətli terror hücumundan sonra həmrəylik mesajı ilə buradayıq. Bizim necə reaksiya verdiyimiz önəmlidir. HƏMAS-ı dayandırmalıyıq, bunu edə bilərik. Və humanitar nəticələri azaltmaq üçün əlimizdən gələni edirik", - Metsola X səhifəsində yazıb.

Milli.Az