Nazir gənclərin işsizlik səbəblərinə aydınlıq gətirdi

13 Oktyabr 2023 15:22

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gənclərin işsizlik səbəblərinə aydınlıq gətirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə nazir Milli Məclisdə keçirilən Əmək və sosial siyasət komitəsinin "Heydər Əliyev - 100: Müasir Azərbaycan - sosial rifah və sosial ədalət dövləti" mövzusunda elmi-praktik konfransında danışıb.

O qeyd edib ki, gənclər arasında işsizlik daha yüksəkdir və bu, dünyada olan bütün ölkələr üçün xarakterik haldır.

"Yəni gənclər arasında işsizlik hər zaman ölkə üzrə ümumi işsizlikdən artıq olacaq. Bu, tam təbii haldır. Dünyanın hər bir yerində onların iş tapması daha çətindir. Bunun üçün proqramlar olmalıdırmı?, bəli, olmalıdır və biz bir çox proqramlar, layihələr üzərində işləyirik", - deyə nazir bildirib.

Məqalədə: