Hamilə qalan əqli qüsurlu gənc qızın körpəsinin atası kəndin muxtarı çıxdı.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 17 yaşlı qızın ifadəsi alınıb. O ifadəsində kəndin muxtarı ilə birlikdə başqa adamın da ona təcavüz etdiyini açıqlayıb.
İfadəsi alınan 2 nəfər sərbəst buraxılıb. Daha sonra DNA nəticələrinə görə körpənin atasının 42 yaşlı kəndin muxtarı olduğu məlum olub. Muxtar təkrar həbs olunub.
Fidan
Milli.Az