SEPAH Azərbaycanı hədələdi: Məhv edərik

13 Oktyabr 2023 10:19

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yenidən Azərbaycanı və başqa bir neçə qonşu ölkəni təhdid edib.

Milli.Az xəbər verir ki, bu barədə SEPAH-ın sosial media hesabında paylaşım edilib.

Paylaşılan videoda yeni balistik raketlər nümayiş etdirilib, Azərbaycan Respublikası, İraqın şimalı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əraziləri qırmızı rəngdə, hədəf kimi göstərilib:

"Hər şey hədəfimizdədir, ən kiçik bir səhvə yol verdiyiniz təqdirdə məhv ediləcəksiniz", - paylaşımda yazılıb.

Milli.Az