Əməkdar artist Elza Seyidcahan xarici görünüşü ilə diqqət çəkib.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, "Rəngarəng səhər" proqramına qonaq olan ifaçı 20 kiloqram arıqladığını bildirib.
Elza yeni çəkisinə mədəkiçiltmə əməliyyatı etdirərək sahib olub.
İfaçı əməliyyatın 5-6 ay əvvəl reallaşdığını bəyan edib.
Seyidcahan bundan sonra 15 kiloqram da arıqlayacağını deyib. 55 yaşlı ifaçı həyatında ilk dəfə plastik əməliyyat etdirdiyini bildirib.
Milli.Az