Qəzzada ölənlərin sayı 1537 nəfərə çatıb

13 Oktyabr 2023 08:02

İsrailin Fələstinin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 1537 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 6612 nəfər yaralanıb.

HAMAS-ın İsrailə hücumu nəticəsində isə ölənlərin sayı 1300 nəfərə çatıb.

Bildirilib ki, müharibə başlayandan bəri 3300 nəfər yaralanıb. Onlardan 28 nəfərinin vəziyyəti çox ağır, 350 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Milli.Az