HƏMAS liderinin qardaşı öldürüldü

13 Oktyabr 2023 07:08

İsrail ordusu HƏMAS-ın istifadə etdiyi beş evə, eləcə də operativ qərargaha aviazərbələr endirib.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.

Bildirilib ki, zərbə endirilən evlərdən birində HƏMAS liderlərindən Yəhya Sinvarın ("Əqsa tufanı" əməliyyatının rəhbəri - red.) qardaşının olduğu ehtimal edilir.

Bundan əlavə, qərargaha zərbə zamanı iki yaraqlının öldüyü bildirilib.

Milli.Az