Ermənipərəst senator Misirə işləyirmiş? - Şok ittiham

13 Oktyabr 2023 00:18

ABŞ Ədliyyə Nazirliyi Nyu-Cersi ştatının senatı Robert (Bob) Menendezə qarşı əlavə ittiham irəli sürüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, senator Misir üçün qeydiyyatsız xarici casus kimi çalışmaqda ittiham edilib.

"2018-ci ilin yanvarından 2022-ci ilin iyununa kimi Robert Menendes,Naid Menendez, eləcə də Vael Hana və digər tanınmış və tanınmamış şəxslər qəsdən cinayətkar sövdləşməyə girərək senatoru xarici casus kimi fəaliyyət göstərməsinə razı salıblar", - sənəddə deyilir.

Qeyd edək ki, ermənipərəst senator korrupsiyada ittiham olunur.

Milli.Az