Hakim Ziyeş millidə də oynaya bilməyəcək.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Ziyeşin Mərakeş millisində də iştirakı baş tutmayacaq. Aldığı zədə səbəbindən "Qalatasaray"ın "Mançester Yunayted" və "Antalyaspor"a qarşı oyunlarında kənarda qalan futbolçu hələ də meydançaya çıxa bilmir. Müalicəsi davam edən 30 yaşlı oyunçu yığmaya dəvət alsa da, məşq prosesi zamanı məlum olub ki, milli komandayla da meydançaya çıxa bilməyəcək.
O, daha bir müddət İstanbul təmsilçisinə kömək edə bilməyəcək.
Qeyd edək ki, Ziyeş bu ilin yayında "Çelsi"dən "Qalatasaray"a icarə əsasında transfer edilib.
O, "aslanlar"ın heyətində cəmi 3 oyun keçirib. Aktivində 1 qol və eyni sayda məhsuldar ötürmə var.
Milli.Az