Hakan Fidan Misirə səfər edəcək

13 Oktyabr 2023 00:14

Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Misirə rəsmi səfər edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, səfər Misirin xarici işlər naziri Sameh Şukrinin dəvəti ilə baş tutacaq.

Oktyabrın 14-dək davam edəcək səfər çərçivəsində Türkiyə və Misir arasında ikitərəfli münasibətlərin bütün aspektlərinin müzakirəsi, eləcə də cari regional hadisələr və beynəlxalq problemlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Milli.Az