Ərdoğan: Ey Amerika, sənin orada nə işin var?

12 Oktyabr 2023 21:34

ABŞ aviadaşıyıcı gəmi göndərir, ikincisi də yola çıxdı. Amerika harada, Aralıq dənizi, Fələstin, İsrail haradadır? Nə işin var sənin orada?

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail-Fələstin münaqişəsi fonunda ABŞ-ın Şərqi Aralığa aviadaşıyıcı gəmi göndərməsinə münasibət bildirərkən deyib.

"ABŞ kimi ölkəyə sülhü bərqərar etməkmi yaraşar, yoxsa oraya benzinlə, körüklə getməkmi?! Türkiyəyə məxsus PUA-nı Suriyada vuran ABŞ var. NATO-da bərabər deyilik? Türkiyənin PUA-nı necə vura bilərsən? "Görmədim, fərqinə varmadım" kimi sözləri necə deyə bilərsən?", - deyə Ərdoğan bildirib.

Milli.Az