Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən verilən məlumata görə, Ərdəbil vilayətinin Muğan (Parsabad) bölgəsində üç azərbaycanlı milli fəal Ramin Cabbari, Nadir Əzizi və Hafiz Sərdarpur saxlanılıb. Adıçəkilən azərbaycanlılar İran Təhlükəsizlik və İnformasiya Nazirliyinin (Ettelaat) yerli şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 17-də saxlanılıblar. Evlərində yoxlama aparılan azərbaycanlı fəallara məxsus kompüter, çox sayda kitablar və başqa şəxsi əşyalar müsadirə edilib.