İranda hökumət İsrailə qarşı aksiyalara başlayır

12 Oktyabr 2023 14:36

İran hökuməti oktyabrın 13-ü cümə namazından sonra ölkənin bütün şəhərlərində İsrailə qarşı etiraz aksiyalarının keçirilməsinə göstəriş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə qərar Əli Xameneinin ofisi tərəfindən qəbul edilib.

Cümə imamlarının İsrailin məhvi barədə çıxışlar etməsi və HƏMAS-a dəstək bəyanatları səsləndirmələri tələb olunub.

Məktəblər, universitetlər və dövlət qurumlarının işçilərinin aksiyaya məcburi cəlb edilmələri üçün sərəncam verildiyi bildirilir.

Milli.Az