Putin türk prezidentə “Şərəf” ordeni verdi

12 Oktyabr 2023 14:14

Rusiya Prezidenti Vladimir Putin Qırğızıstan Prezidenti Sadır Japarovu "Şərəf" ordeni ilə təltif edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Japarov münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə görə bu ordenə layiq görülüb.

Milli.Az