Bayraqdar: Ursula fon der Leyen ikiüzlüdür

12 Oktyabr 2023 14:00

Səlcuq Bayraqdar Ukrayna və Fələstində müharibə ilə bağlı ikili standartlar nümayiş etdirməsi fonunda Avropa Komissiyasının sədri Ursula fon der Leyeni ikiüzlü adlandırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, o,bu barədə sosial media hesabında yazıb.

"İkiüzlülüyün ideal mənzərəsini necə çəkmək olar", - Bayraqdar Ursula fon der Leyenin bəyanatını şərh edərkən yazıb.

O, başqa paylaşımında isə bunları qeyd edib:

"Allah bütün məzlumlara kömək olsun. Həqiqətən, O, qüdrətlidir, duaları eşidəndir".

Milli.Az