Tanınmış rejissor evində ölü tapıldı

13 Oktyabr 2023 05:30

İngilis rejissor, aktyor, ssenarist və prodüser Entoni Hikoks vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 65 yaşlı rejisssor Buxarestdəki evində ölü halda aşkarlanıb. Onun hansı səbədən dünyasını dəyişdiyi açıqlanmayıb.

Qeyd edək ki, Entoni "Waxwork", "Hellraiser III" kimi məşhur qorxu janrında olan filmlərin rejissor kürsüsündə əyləşib.

Milli.Az