Azərbaycan Prezidenti İspaniya kralını təbrik edib

12 Oktyabr 2023 11:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda qeyd olunub.

"Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Milli.Az