Ekvadorlu diplomat Moskvada ölü tapıldı

12 Oktyabr 2023 11:05

Ekvadorun Rusiyadakı səfirliyinin səlahiyyətli naziri Xorxe-Patrisio Talasios-Porras ölü halda tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "SHOT" teleqram kanalı yayıb. 

53 yaşlı Porrasın cəsədi Moskvanın mərkəzində mənzildə aşkar olunub. 

Məlumata görə, oktyabrın 10-dan diplomatla əlaqə saxlamaq mümkün olmayıb. İlkin ehtimala görə, o, ürək çatışmazlığından dünyasını dəyişib. 

Hazırda polis onun ölüm səbəblərini araşdırır.

Milli.Az