14 yaşlı qızı öldürüb anasının maşınında...

12 Oktyabr 2023 09:05

Başqırdıstanın paytaxtı Ufa şəhərində avtomobilin yük yerində 14 yaşlı qızın meyiti tapılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, avtomobil onun anasına məxsus olub.

Qətl faktı ilə bağlı cinayət işi açılıb. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir, şübhəlinin axtarışları davam etdirilir.

Milli.Az