Bu gün heç kim deməyəcək ki, çeçenlər satqındırlar. İosif Stalin nəinki çeçen xalqını, hətta başqa müxtəlif xalqları deportasiya edən bir xain idi.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznının 205 illiyinə həsr olunmuş tədbirdə deyib.
"O vaxt xalqı və respublikası üçün məsuliyyət daşıyan lider yox idi. Bu gün biz bir komanda olaraq birgə qərar veririk və ən məsuliyyətli qərarları qəbul edirik", - Kadırov qeyd edib.
Milli.Az