Ərdoğan HƏMAS nümayəndələri ilə görüş keçirdi – Təcili

11 Oktyabr 2023 23:07

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələri ilə danışıqlar aparıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Habertürk" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Danışıqlarda qruplaşmanın saxladığı girovların azad edilməsi məsələsi müzakirə olunub.

Mənbənin sözlərinə görə, görüş Ankarada baş tutub. Türkiyə rəsmiləri bu danışıqlarla bağlı rəsmi şərh yaymayıb.

Milli.Az