“Kreml Paşinyanın sammitdə iştirak etməməsinin səbəblərindən xəbərdardır”

11 Oktyabr 2023 22:27

"Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın Qırğızıstanda keçiriləcək MDB sammitində iştirak etməməsinin səbəblərindən xəbərdardır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov "RİA Novosti"yə  deyib.

"Biz səbəbləri bilirik, yəqin ki, bunu Paşinyanın özü də açıqlayacaq" - Uşakov bildirib.

Qeyd edək ki, oktyabrın 13-də Qırğızıstanda MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Burada Rusiya, Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan Prezidentləri iştirak edəcəklər. Paşinyan isə görüşdə iştirak etməyəcəyini bildirib.

Milli.Az