İsrailin zərbələri: Qəzzada ölənlərin sayı artdı

11 Oktyabr 2023 21:18

İsrail ordusunun Qəzza sektoruna endirdiyi zərbələr nəticəsində ölən fələstinlilərin sayı 1100 nəfəri keçib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, ölənlərin 326-sı uşaq, 171-i qadındır.

Bildirilib ki, yaralıların sayı 5339 nəfərdir.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS İsrailə Qəzza zolağından kütləvi hücuma keçib. İsrail ordusu cavab tədbirləri çərçivəsində Qəzza zolağına ağır zərbələr endirir.

Milli.Az