Azərbaycan bu qaz qovşağına maraq göstərir - Putin

11 Oktyabr 2023 19:54

Avropada Rusiya resurslarını əldə etmək istəyən hər kəs bu layihə ilə maraqlanır, Azərbaycan da qaz qovşağına maraq göstərir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rusiya Enerji həftəsi"nin iclasında deyib.

Putin qeyd edib ki, Türkiyədəki qaz qovşağına digər ölkələr də qoşula bilər:

"Türkiyədə qaz qovşağı layihəsi ilk növbədə Avropaya qaz ticarəti üçün elektron platformanın yaradılması ilə bağlıdır".

Milli.Az