Bu marşrutla bağlı Azərbaycanla razılaşma var - Putin

11 Oktyabr 2023 19:37

"Şimal-Cənub" marşrutu layihəsini həyata keçiririk.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin qeyd edib ki, Azərbaycan və İranla razılaşmalar var. Eyni zamanda, Qazaxıstan və Türkmənistan da bu layihəyə maraq göstərir.

Putinin sözlərinə görə, layihə tamamlanmaq üzrədir, bütün məqsədlər üçün şura yaradılır.

Milli.Az