İsraildəki səfirliyimiz Azərbaycan vətəndaşlarına müraciət etdi

11 Oktyabr 2023 19:31

Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlarımıza müraciət edib.

Milli.Az səfirliyin "X" səhifəsinə istinadən xəbər verir ki, müraciətdə deyilir:

"İsrail ərazisində müharibə şəraiti ilə əlaqədar olaraq vətəndaşlarımızı ölkədaxili səfərlər etməməyi (əsasən cənub və şimalda yerləşən ərazilərə) və yerli qurumların verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik".

Milli.Az