Keçmiş futbolçu HƏMAS tərəfindən öldürülüb
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş peşəkar futbolçu Lior Asulin İsrailin Reim kəndində Sülh Festivalına edilən hücumda həyatını itirib. Asulinin keçmiş klubu Hapoel Təl-Əviv hücumun HƏMAS silahlıları tərəfindən həyata keçirildiyini açıqlayıb.
Xatırladaq ki, fələstinli Həmas yaraqlıları ötən şənbə günü İsrailin Reim yaxınlığında keçirilən bir festivala basqın etmişdilər.
Milli.Az