Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində qrip əleyhinə peyvəndlənmə aparılmır.
Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən bildirilib.
"TƏBİB tabeli tibb müəssisələri vaksinasiya üçün hazır vəiyyətdədir. Vaksinlər müəssisələrə daxil olacağı halda peyvəndlənmə prosesinə başlanıla bilər", - deyə qurumdan əlavə edilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, ölkəyə yenidən qrip əleyhinə vaksinlər gətiriləcək.
"Payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə peyvəndlərin ölkəyə gətirilməsi nəzərdə tutulub", - deyə nazirlikdən bildirilib.
Xatırladaq ki, ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qripə qarşı peyvənd olunub.
Milli.Az