Prezident Azərbaycanla Özbəkistan arasında imzalanan sənədi təsdiqləyib

11 Oktyabr 2023 15:01

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş"ə dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında Qanunu təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sazişin adında "Azərbaycan-Özbəkistan İnvestisiya Fondu" sözləri "Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ("Fondu") sözləri ilə əvəz edilib.

Sənədə əsasən, fondun baş ofisi Daşkənd şəhərində, nümayəndəliyi isə Bakı şəhərində yerləşəcək.

Milli.Az