Əyləncə mərkəzindəki faciənin səbəbi bu qadın imiş - Təslim oldu - FOTO

11 Oktyabr 2023 13:40

İzmirdə 2 nəfərin həyatını itirdiyi əyləncə mərkəzində baş verən yanğında əli olan qadın peşman olduğunu və əyləncə məkanını yandırdığını deyərək polisə gedərək təslim olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş sahibi ilə sevgili olduqlarını və aralarında yaranan mübahisə nəticəsində həmin məkanı yandırdığını bildirən qadın sonradan ifadəsini təkzib etsə də, həbsdən yayına bilməyib.

Qeyd edək ki, qrupların müdaxiləsi ilə yanğın nəzarətə götürülərək söndürülüb.

Milli.Az