İsrailəsilli məşhurlar Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə münasibət bildirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, amerikalı teatr və kino aktrisası Natali Portman instaqram hesabında bunları yazıb:
"İsrail xalqına görə ürəyim parçalanır. Uşaqlar, qadınlar və yaşlılar öz evlərində öldürülüb və ya qaçırılıb. Törədilən barbarlıqdan dəhşətə gəlirəm. Ürəyim baş verənlərdən zərər çəkənlər üçün sevgi və dua ilə döyünür".
Model Bar Rafaeli də baş verənlərlə bağlı instaqramda paylaşım edib: "1200-dən çox ölü, 2800-dən çox yaralı, 120-dən çox əsir. Rəqəm artmağa davam edir. Qadınları, uşaqları və böyükləri evlərindən qaçırıb Qəzzaya aparırlar və əsir saxlayırlar. Dinc sakinlər öldürülüb. Cəsədləri sürüyürlər və bunu nümayiş etdirirlər. Evləri yandırır, təcili yardım maşınlarını qəsdən bombalayırlar. Məsələ siyasətdə deyil, məsələ dində deyil. Bu, insanlıq haqdadır. Söhbət şərə qarşı çıxmaqdan gedir. Söhbət dünyanın təhlükəsizliyindən gedir. Bu, terrordur. Bütün dünya HƏMAS-dan müdafiə olunmalıdır, necə ki bunu Əl-Qaidə və İŞİD-dən ediblər. İsrail müdafiə olduğu müddətdə dünya onu dəstəkləməlidir".
Milli.Az