Nigerdən çıxan fransalı hərbçilər Çada yönəldilər

11 Oktyabr 2023 10:15

Nigeri tərk etməyə başlamış ilk fransalı hərbçilər qonşu Çada yönəliblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə qiyamçıların qurduğu Milli Vətənin Qurtuluşu Şurasından (MVQŞ) açıqlayıblar.

"Uallamedə (Nigerin qərbi - red.) yerləşmiş qoşunlar bu gün bazadan çıxıblar. Söhbət müdafiə və təhlükəsizlik qüvvələrimizin müşayiəti ilə Çada doğru ilk quru karvanının göndərilməsi əməliyyatından gedir", - MVQŞ-dən bildiriblər.

Bundan başqa, Fransanın 97 xüsusi təyinatlı hərbçisi paytaxt hava limanından üç reyslə havaya qalxıb, həmçinin maddi-texniki təchizat da çıxarılıb. MVQŞ-dən deyiblər ki, Fransa kontingentinin çıxarılmasını "hər iki tərəfin razılaşdırdığı cədvələ" uyğun olaraq davam edəcək.

Milli.Az