Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.
"Azeri Light" markalı neftin 1 barelinin qiyməti 0,94 ABŞ dolları, yaxud 1 % azalaraq 93,48 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən gün neftimiz 94.42 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar qeydə alınıb.
Milli.Az