Sərvətini xeyriyyə fonduna verən milyarder öldü

12 Oktyabr 2023 00:12

"Duty Free Shoppers" (DFS) mağazalar şəbəkəsinin yaradıcılarından biri Çarlz Fini 92 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə sahibkarın yaratdığı "Atlantic Philanthropies" xeyriyyə cəmiyyəti məlumat yayıb.

Məlumata görə, "həyatı boyu bütün var-dövlətini qlobal xeyriyyəçiliyə həsr etmiş irland əsilli amerikalı iş adamı və xeyriyyəçi Çarlz Frensis Feeney San-Fransiskoda dünyasını dəyişib".

Fini və Robert Miller 7 noyabr 1960-cı ildə Honq Konq hava limanında ilk "Duty Free" mağazasını açıblar. Hazırda "Duty Free Shoppers" şəbəkəsinin Avropa, Asiya, Avstraliya və Şimali Amerikada 56 mağazası var.

Milli.Az