İsrail Qəzzaya fosfor bombası atdı - Fələstin XİN

11 Oktyabr 2023 09:29

İsrail ordusu beynəlxalq konvensiyalarla qadağan olunmuş ağ fosforlu döyüş sursatından istifadə edir.

Milli.Az gundem.az-a istinadən xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, İsrail ordusu Qəzzanın əl-Karama rayonunda bu sursatları tətbiq edib.

Qeyd edək ki, bu cür sursatlar 1949-cu il Cenevrə Konvensiyasının III Protokolu ilə qadağan edilib.

Milli.Az