"Nokia"dan "Apple"a ağır ittiiham: "Yalan danışırsınız!"

16 May 2012 16:06
İş ondadır ki, "Siri" ötən həftə "Ən yaxşı smartfon hansıdır?" sualına cavab verəndə "Nokia Lumia 900" deyirdisə, indi "İPhone" söyləyir.

Milli.Az "Gizmodo"ya istinadən bildirir ki, "Nokia"nın fikrincə, "Apple" səsli cavabların alqoritmlərini dəyişərək "iPhone" istifadəçilərini aldadır.

"Siri" cavabları öz məlumat bazasından yox, kənar saytlardan götürür. Həmin saytlardan biri isə "Wolfram Alpha" axtarış sistemidir ki, "Best Buy" və başqa riteylerə istinad edir.
CNET bildirir ki, "Lumia 900" smartfonu "Wolfram"da liderdir, çünki 4 nəfər smartfona 5 ulduz verib.

16 qeqabaytlıq yaddaşa malik "iPhone" isə 86 adamın səs verməsindən sonra 4,7 balla ikinci yerdədir.

"Apple" bildirir ki, "Siri"nin cavabları dəyişməsinin səbəbi resenziya və alışların sayını nəzərə alır.

Milli.Az