Sevincin toyundan ilk FOTOlar

10 Oktyabr 2023 23:11

Xəbər verdiyimiz kimi, bu gün müğənni Sevinc Musayevanın toyudur. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Əli adlı bəylə ailə quran sənətçinin toyu paytaxt restoranlarından birində keçirilir.

Məclisdə şou-biznes nümayəndələri də iştirak edir.

Qeyd edək ki, cütlüyün nişan mərasimi iyulda, nikahı isə sentyabrda olub. 

Milli.Az