Hakan Fidan Şuşaya avtomobili özü sürdü

10 Oktyabr 2023 21:00

Türkiyənin xarici işlər naziri Hakan Fidan Şuşada təşkil olunan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirlərinin 27-ci Toplantısında iştirak edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, türkiyəli nazir Füzuli hava limanına gəldikdən sonra Şuşaya avtomobili özü idarə edərək gedib.

Onun idarə etdiyi avtomobildə azərbaycanlı həmkarı Ceyhun Bayramov da əyləşib.

Milli.Az